Yuxarı
    Bağlamaq

    Terror fəaliyyətində şübhəli bilinən şəxs Londondan Türkiyəyə uçmağa hazırlaşarkən saxlanılıb

    İlkin məlumata görə, o, Suriyaya getməyi planlaşdırıb© Bbc.com

    Bakı. 24 may. REPORT.AZ/ London polisinin terrorla mübarizə bölməsinin əməkdaşları paytaxtın Stansted aeroportunda Türkiyəyə uçmaq üzrə olan terror fəaliyyətində şübhəli bilinən şəxsi saxlayıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, adı açıqlanmayan 37 yaşlı şəxs təyyarəyə minməyə hazırlaşdığı zaman saxlanılıb.

    İlkin məlumatlara görə, o, Suriyaya getməyi planlaşdırıb.

    Böyük Britaniyada qüvvədə olan terror fəaliyyəti ilə bağlı Akta uyğun olaraq, həmin şəxs həbs olunub və polis bölməsinə aparılıb. Hazırda polis şəhərin şimalında iki ünvanda axtarışlar aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi