Tennessi ştatında silahlı insidentdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Tennessi ştatında silahlı insidentdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb ABŞ-nin Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb, 14 nəfər yaralanıb.
Digər ölkələr
21 Aprel , 2024 08:47
Tennessi ştatında silahlı insidentdə 2 nəfər ölüb, 14 nəfər yaralanıb

ABŞ-nin Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş vermiş silahlı insident nəticəsində azı iki nəfər ölüb, 14 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə şəhər polisinin “X” səhifəsində dərc edilmiş məlumatda deyilir.

Bildirilib ki, yaralılardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə polisin icazəsiz keçirildiyini bildirdiyi küçə şənliyində baş verib. Ümumilikdə şənlikdə 200-300 nəfər iştirak edirdi.

Son xəbərlər

Orphus sistemi