Pakistan Təhlükəsizlik Şurası: Ordumuz Hindistanın təcavüzünə cavab vermək iqtidarındadır
- 07 may, 2025
- 13:30
Pakistan Silahlı Qüvvələri Hindistanın təcavüzünə cavab vermək iqtidarındadır və səlahiyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Pakistan KİV-i ölkənin Təhlükəsizlik Şurasına istinadən məlumat yayıb.
İclasda bildirilib ki, Pakistan Silahlı Qüvvələri özünümüdafiə hüququnun həyata keçirilməsinə və Təhlükəsizlik Şurasının 22 aprel 2025-ci il tarixli bəyanatında göstərilən cavab çərçivələrinə uyğun olaraq, Pakistanın ərazi bütövlüyünü qətiyyətlə müdafiə edib və Hindistana məxsus beş qırıcı təyyarəni və pilotsuz uçuş aparatlarını vurub.
"BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Pakistan günahsız pakistanlıların ölümünə və öz suverenliyinin kobud şəkildə pozulmasına görə qisas almaq üçün seçdiyi vaxtda, məkanda və üsulla özünümüdafiə qaydasında cavab vermək hüququnu özündə saxlayır. Pakistan Silahlı Qüvvələri bu baxımdan müvafiq tədbirlər görmək üçün lazımi səlahiyyətlərə malikdir", - iclasda qeyd edilib.
Təhlükəsizlik Şurası həmçinin beynəlxalq ictimaiyyətə müraciət edərək "Hindistanın qanunsuz hərəkətlərinin ciddiliyini qəbul etməyə, beynəlxalq norma və qanunların kobud şəkildə pozulmasına görə onu məsuliyyətə cəlb etməyə" çağırıb.
The National Security Committee (NSC), was convened under the Chairmanship of the Prime Minister of the Islamic Republic of Pakistan, Muhammad Shehbaz Sharif. The forum offered Fateha for the souls of the innocent civilians martyred in India’s strikes, extended its heartfelt… pic.twitter.com/sWmmcKz3hW
— PTV News (@PTVNewsOfficial) May 7, 2025