TBMM sədri: “İsveçin müsbət addımlar atacağına ümid edirəm”

TBMM sədri: “İsveçin müsbət addımlar atacağına ümid edirəm” “İsveçin müsbət addımlar atacağına ümid edirəm”.
Digər ölkələr
25 Sentyabr , 2023 15:46
TBMM sədri: “İsveçin müsbət addımlar atacağına ümid edirəm”

“İsveçin müsbət addımlar atacağına ümid edirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O xatırladıb ki, İsveç həm Türkiyənin bu dövlətin NATO-ya üzvlüyünü təsdiqləməsini gözləyir, həm də terrorçuları dəstəkləyir, İslam dini əleyhinə çıxışlara şərait yaradır: "İsveçin bu məsələləri nəzərdən keçirəcəyinə ümid edirik”.

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələ ki NATO-ya qəbul edilməyib.

İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi