​Tbilisidə leysan yağışları nəticəsində itkin düşmüş hesab olunan 14 nəfər tapılıb

​Tbilisidə leysan yağışları nəticəsində itkin düşmüş hesab olunan 14 nəfər tapılıb Hazırda 10 nəfər insan hələ də itkin düşmüş hesab olunur
Digər ölkələr
15 İyun , 2015 17:47
​Tbilisidə leysan yağışları nəticəsində itkin düşmüş hesab olunan 14 nəfər tapılıb

Bakı. 15 İyun. REPORT.AZ/ Son 55 il ərzində Tbilisidə baş vermiş ən güclü leysan yağışları nəticəsində itkin düşmüş hesab olunan 24 nəfərdən 14-ü tapılıb.

"Report" TAAS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib.

"İtkin düşmüş hesab edilən 14 nəfər aşkar edilərək evlərinə və ailələrinə qaytarılıb", - Daxili İşlər Nazirliyi məlumat verir. Hazırda 10 nəfər hələ də itkin düşmüş hesab edilir".

İyunun 14-də axşam Gürcüstanın yüksək vəzifəli şəxsləri ilkin məlumatlara görə fəlakət qurbanlarının sayının 12, itkin düşənlərin isə 24 olduğunu bildirmişdi."

Son xəbərlər

Orphus sistemi