​Tayvanda baş verən qasırğa 3 milyon evi elektrik enerjisiz qoyub

​Tayvanda baş verən qasırğa 3 milyon evi elektrik enerjisiz qoyub Altı nəfər həlak olub, dörd sakin itkin düşmüş hesab olunur
Digər ölkələr
8 Avqust , 2015 15:36
​Tayvanda baş verən qasırğa 3 milyon evi elektrik enerjisiz qoyub

Bakı. 8 avqust. REPORT.AZ/ Tayvan üzərində tüğyan edən "Soudelor" qasırğası nəticəsində həlak olanların sayı altıya çatıb. Daha dörd nəfər sakin itkin düşmüş hesab olunur, yüzdən artıq insanın xəsarət aldığı bildirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı yerli hakimiyyət orqanları yayıb.

Şiddətli külək yüzlərlə ağacı kökündən çıxarıb, reklam plakatlarını uçurdub və hətta bir neçə yük vaqonunu da relsdən çıxararaq aşırıb. Bu mövsümün ən güclü qasırğası bir çox ərazilərdə irimiqyaslı elektrik enerjisinin söndürülməsinə səbəb olub.

Meteoroloqların dediyinə görə, qasırğa şərqdən qərbə bütün ada üzərindən keçib. Hal-hazırda onun episentri Tayvan boğazında yerləşir və Çinə tərəf hərəkət edir. Hazırda bu ərazilərdən 150 mindən artıq insan evakuasiya olunub.

Hava şəraiti ilə bağlı şənbə günü Tayvanın bütün şəhərlərində məktəb və ofislər bağlı olub. Hava limanında yüzlərlə uçuşlar təxirə salınıb, bərə və dəmir yolu nəqliyyatının hərəkəti pozulub.

Son xəbərlər

Orphus sistemi