Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib Tayvanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Digər ölkələr
3 Aprel , 2019 07:55
Tayvanda 5,4 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb. 

"Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Taydun şəhərindən 29 km şimal-qərbdə qeydə alınıb. Təbii fəlakət ocağı 10 km dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər verildiyi kimi, Aleut adalarında 6,5 bal gücündə zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi