Yuxarı

Tayvanda 5,5 bal gücündə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib

Bakı. 19 yanvar. REPORT.AZ/ Tayvan adasının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 02.13 radələrində qeydə alınan yeraltı təkanların episentri Taydun şəhərindən 21 km şərqdə yerləşib. Təbii fəlakətin ocağı isə 25.6 km. dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi