Çində tayfun səbəbindən 200-dən çox aviareys ləğv olunub

Çində tayfun səbəbindən 200-dən çox aviareys ləğv olunub “Çempaka” tayfunu səbəbindən Çinin “China Southern Airlines” aviaşirkəti ölkənin Quandun vilayətində 219 reysi ləğv edib.
Digər ölkələr
20 İyul , 2021 14:23
Çində tayfun səbəbindən 200-dən çox aviareys ləğv olunub

Çinin “China Southern Airlines” aviaşirkəti “Çempaka” tayfunu səbəbindən ölkənin Quandun vilayətində 219 reysi ləğv edib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Vilayətin mərkəzi olan Quançjou şəhərində 119, Şençjen şəhərində 77, Çjuxae şəhərində 19 reys ləğv edilib. Bura həm vilayətə, həm də oradan uçuş reysləri daxildir.

Çin meteoroloqları narıncı həyəcan səviyyəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Çində əhalinin təbii fəlakətlər barədə məlumatlandırılması ilə bağlı 4 səviyyəli sistem mövcuddur. Təbii fəlakətin gücünə əsasən mavi, sarı, narıncı və qırmızı həyəcan səviyyələri tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi