Tanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb - YENİLƏNİB - 2

Digər ölkələr
  • 06 noyabr, 2022
  • 15:48
Tanzaniyada təyyarə qəzasında 19 nəfər ölüb - YENİLƏNİB - 2

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində ölənlərin sayı 19 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti ölkənin baş naziri Qassım Madjaliva istinadən məlumat yayıb.

Yerli “Citizen” qəzeti regional hakimiyyət orqanlarına istinadən yazıb ki, xilasedicilər qəzadan sonra 26 nəfəri sudan çıxara biliblər. Ümumilikdə, təyyarədə 39 sərnişin olmaqla 43 nəfər olub.

17:28

Tanzaniyanın şimalında, Bukoba hava limanı yaxınlığında sərnişin təyyarəsinin Viktoriya gölünə düşməsi nəticəsində azı 3 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Tanzaniyanın “The Citizen” qəzeti məlumat yayıb.

Gölə düşən təyyarədən 26 nəfər xilas edilib.

Fransa-İtaliya istehsalı olan ATR 42-500 təyyarənin göyərtəsində 43 nəfər olub: 38 böyük sərnişin, 1 uşaq, 2 pilot və 2 digər ekipaj üzvü.

Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.

14:01

Tanzaniyada sərnişin təyyarəsi Bukoba hava limanında eniş etmək istəyərkən Viktoriya gölünə düşüb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

15 nəfərin xilas edildiyi qeyd edilir.

Təyyarənin göyərtəsində neçə sərnişin və ekipaj üzvü olduğu hələlik məlum deyil. Xilasedici qayıqlar hadisə yerindədir.

Tanzaniyanın ən böyük özəl hava yolu şirkəti "Precision Air"ə məxsus təyyarə ölkənin ən böyük şəhəri Dar əs-Salamdan havaya qalxıb. Eniş zamanı Bukoba hava limanının yaxınlığında güclü külək olub.