Tanzaniyada gəmi qəzası ilə bağlı 4 günlük matəm elan olunub
Digər ölkələr
- 21 sentyabr, 2018
- 18:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 sentyabr. REPORT.AZ/ Tanzaniya prezidenti Con Maqufuli Viktoriya gölündə sərnişin bərəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.
Bu barədə "Report" "Agency France Presse"yə istinadən xəbər verir.
"Mən bu gündən başlayaraq 4 günlük matəm elan etməyə qərar verdim", - deyə prezident bildirib.
Sərnişin bərəsi cümə axşamı Yukora adasından 50 metr məsafədə aşıb. Hadisə zamanı bərədə normadan iki dəfə çox - 200 nəfər olub. Gəmi həmçinin yük – qarğıdalı, banan və sement daşıyırmış.
"Reuters"in polis nümayəndəsinə istinadən məlumatına görə, qəza nəticəsində ölənlərin sayı 136 nəfərə çatıb.
Son xəbərlər
21:04
Zelenski: Niderland Ukraynaya 1,7 milyard avroluq yardım paketi ayıracaq
Digər ölkələr
20:57
Tramp: Mənim dəstəyim Netanyahu üçün böyük əhəmiyyət kəsb edib
Digər ölkələr
20:56
Azərbaycan Kuboku: "Kəpəz" 1/8 finala yüksələn növbəti komanda olub
Futbol
20:54
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
20:49
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Fərdi
20:39
İran və Rusiya nüvə reaktorlarının inşası protokolunu yekunlaşdırır
Region
20:30
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
Hadisə
20:07
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Region
20:00
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Maliyyə