"Taliban" Əfqanıstan hökumətinin təklifini qəbul etməyib

"Taliban" Əfqanıstan hökumətinin təklifini qəbul etməyib “Taliban” rəsmi Kabilin atəşkəs qarşılığında hakimiyyətin bölünməsi təklifini qəbul etmir.
Digər ölkələr
13 Avqust , 2021 13:14
Taliban Əfqanıstan hökumətinin təklifini qəbul etməyib

“Taliban” rəsmi Kabilin atəşkəs qarşılığında hakimiyyətin bölünməsi təklifini qəbul etmir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu “Taliban” qruplaşmasının nümayəndəsi Zəbiullah Mücahid bildirib.

“Bizim hədəfimiz xarici müdaxiləyə son qoyub, ölkədə islam hakimiyyəti qurmaqdır. Əgər onlar (rəsmi hakimiyyəti nəzərdə tutur-red.) buna razılıq versələr, biz sülhə hazırıq. Əgər Kabil tələblərimizi yerinə yetirməyə hazır deyilsə, onda bizə mübarizəni davam etdirib, cihad etmək qalır”, - Mücahid bildirib.

Bundan əvvəl hərəkatın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki səhifəsində Herat, Qəndahar, Gülmənd və Badqisin “taliblər”in əlində olduğunu xəbər vermişdi.

Qeyd edək ki, Əfqanıstanda son aylarda kənd və sərhəd bölgələrində əhəmiyyətli əraziləri ələ keçirən və böyük şəhərlərə hücum edən "Taliban"la hökumət qüvvələri arasında qarşıdurma bir neçə ildir davam edir. Vəziyyətin gərginləşməsi Amerika ordusunun Əfqanıstandan geri çəkilməsi fonunda baş verir.

Son xəbərlər

Orphus sistemi