"Taliban" Donald Trampa məktub göndərərək hərbçilərinin Əfqanıstandan çıxarılmasını tələb edib

"Taliban" Donald Trampa məktub göndərərək hərbçilərinin Əfqanıstandan çıxarılmasını tələb edib "Taliban": Ölkədəki zorakılıq halları xarici qoşunların iştirakı ilə baş verir
Digər ölkələr
15 Avqust , 2017 15:56
Taliban Donald Trampa məktub göndərərək hərbçilərinin Əfqanıstandan çıxarılmasını tələb edib

Bakı. 15 avqust. REPORT.AZ/ "Taliban" radikal hərəkatı ABŞ prezidenti Donald Trampa məktub göndərərək hərbçilərinin tam şəkildə Əfqanıstandan çıxarılmasını tələb edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, məktubda "Taliban" ölkədəki zorakılığın xarici qoşunların iştirakı ilə birbaşa əlaqəli olduğunu bildirir.

Eyni zamanda "Taliban" ABŞ-ın başçılıq etdiyi koalisiyanı Əfqanıstanı məhv etməkdə günahlandırır və bunun nəticəsində ölkənin təhlükəsizlik, iqtisadiyyat və idarəetmə baxımından ən pis ölkələrdən birinə çevrildiyini vurğulayır.

Qeyd edək ki, ABŞ terrora qarşı mübarizə adı altında 2001-ci ildə Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Ardından BMT Təhlükəsizlik Şurasının sanksiyaları əsasında ölkəyə NATO komandanlığı altında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (BTYQ) daxil olub. 2014-cü ildə NATO ölkələrinin döyüş kontingenti Əfqanıstandan çıxarılıb. 2015-ci il yanvarın 1-dən isə ölkədə hərbi əməliyyatların əvəzinə "Qətiyyətli dəstək" qeyri-döyüş missiyası başladılıb.

Son xəbərlər

Orphus sistemi