Tailandda yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb
Digər ölkələr
- 23 may, 2016
- 04:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 may. REPORT.AZ/ Tailandda baş vermiş yol qəzası nəticəsində 7 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
"Report"un məlumatına görə, bu haqda ölkənin Üçüncü Milli Telekanalı xəbər verib.
Məlumata görə, hadisə Banqkokdan 180 kilometr cənubda yerləşən Pxetçaburi əyalətində baş verib.
Polisin verdiyi məlumata görə, paytaxtdan Çumpxon əyaləti istiqamətində yüksək sürətlə hərəkət edən şəhərlərarası avtobus yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb. Nəticədə sürücü də daxil olmaqla 6 nəfər hadisə yerində ölüb. Bir nəfər isə xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı daha 25 nəfər müxtəlif dərəcəli xəsarət alıblar.
Son xəbərlər
15:58
Azərbaycan banklarının xalis xarici aktivləri 23 %-ə yaxın artıb
Maliyyə
15:56
Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm
15:55
Oman korrupsiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirməyə çağırıb
Digər ölkələr
15:53
Azərbaycan Kubokunun II təsnifat mərhələsinin daha 3 matçı baş tutub
Futbol
15:51
Foto
Azərbaycan və Kot-d'İvuar arasında münasibətlərin inkişafı müzakirə edilib
Xarici siyasət
15:51
Azərbaycanda su kanalları ilə bağlı həyata keçirilən işlər açıqlanıb
İnfrastruktur
15:48
"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: "Qrupdan çıxmaq şansımız öz əlimizdədir"
Komanda
15:47
AMB: Kibertəhlükəsizlik insidentlərindən sonra sistemlər təkrar auditdən keçirilməlidir
İKT
15:46
Seneqal korrupsiya ilə mübarizədə Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır
Xarici siyasət