Tailandda üç partlayış törədilib, 1 hərbçi ölüb, 35 nəfər yaralanıb

Tailandda üç partlayış törədilib, 1 hərbçi ölüb, 35 nəfər yaralanıb Son 13 ildə bu bölgələrdə 6,7 min nəfər öldürülüb
Digər ölkələr
14 Sentyabr , 2017 16:17
Tailandda üç partlayış törədilib, 1 hərbçi ölüb, 35 nəfər yaralanıb
Foto: Jeffrey Beall

Bakı. 14 sentyabr. REPORT.AZ/ Tailandın cənubundakı Yalla əyalətində üç partlayış nəticəsində 1 hərbçi ölüb, azı 35 nəfər yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “7-ci” Milli Telekanal məlumat yayıb.

Yallanın Kabanq rayonunda törədilən birinci partlayış nəticəsində 1 hərbçi ölüb, 18 hərbçi və mülki şəxs yaralanıb.

İkinci partlayış da birinciyə yaxın ərazidə törədilib. Hadisə nəticəsində 2 hərbçi yaralanıb. Ərazidəki avtomobillərə ziyan dəyib.

Üçüncü partlayış isə səhər saatlarında birinci hadisə olan yerdə törədilib. Hadisə yerində baxış keçirən sapyorlar, polis əməkdaşları və mülki şəxslər də daxil olmaqla azı 17 nəfər yaralanıb. 

Qeyd edək ki, bölgənin ayrılması uğrunda mübarizə aparan qruplaşmaların fəaliyyət göstərdiyi bildirilir. Tailandın təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplar arasında toqquşma 2004-cü ildən başlayıb. Bu müddət ərzində silahlı atışmalar, əldəqayırma bombaların partladılması nəticəsində çox mülki şəxs olmaqla 6,7 min nəfər ölüb.

Narativat və Pattani əyalətləri ilə yanaşı, Yalla bölgəsi də Tailandın “ucqar cənubunda” yerləşir. Həmin əyalətlərin əhalisi etnik müsəlman-malaylardan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi