Tailandda itkin düşmüş 12 uşaq və futbol məşqçisi mağarada sağ tapılıb

Tailandda itkin düşmüş 12 uşaq və futbol məşqçisi mağarada sağ tapılıb Bakı. 3 iyul. REPORT.AZ / Tailandda iyunun sonunda itkin düşmüş 12 uşaq və futbol məşqçisi mağarada sağ tapılıb.
Digər ölkələr
3 İyul , 2018 17:23
Tailandda itkin düşmüş 12 uşaq və futbol məşqçisi mağarada sağ tapılıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ / Tailandda iyunun sonunda itkin düşmüş 12 uşaq və futbol məşqçisi mağarada sağ tapılıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlar mağarada hələ bir neçə ay qalmalı olacaqlar.

Leysan yağışlara görə mağaraya girişi su basıb və bu səbəbdən xilasetmə əməliyyatını həyata keçirmək mümkün olmayıb. Qeyd edilib ki, uşaqlar sentyabr və ya oktyabr ayına qədər - yağışlar mövsümü başa çatanadək mağarada qalmalı olacaqlar.

Suyu nasosla çəkmək cəhdləri isə heç bir nəticə verməyib.

Uşaqlar mağarada qaldıqları ərzində yemək və digər zəruri şeylərlə təchiz ediləcək.

Qeyd edək ki, onları doqquz gün axtarışdan sonra tapmaq mümkün olub.

Son xəbərlər

Orphus sistemi