Tailandda avtobus uçuruma yuvarlanıb, 17 nəfər xəsarət alıb - FOTO

Tailandda avtobus uçuruma yuvarlanıb, 17 nəfər xəsarət alıb - FOTO Tailandda sərnişin avtobusu uçuruma yuvarlanıb.
Digər ölkələr
1 İyun , 2019 08:48
Tailandda avtobus uçuruma yuvarlanıb, 17 nəfər xəsarət alıb - FOTO

Tailandda sərnişin avtobusu uçuruma yuvarlanıb.

"Report" xəbər verir ki, bu barədə "Nation" qəzeti bildirib.

Məlumata görə, hadisə ölkənin Çianqmay əyalətində baş verib. Qəza zamanı 17 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib, yaralılar xəstəxanalara aparılıb.

Nəqliyyat vasitəsinin sürücüsü bildirib ki, yağıntılı hava şəraiti zamanı onun idarə etdiyi avtobusun qarşısında hərəkət edən avtomobilin sürücüsü qəfil əyləci basıb. Buna görə də o, avtobusa idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq, 20 metrlik uçuruma yuvarlanıb. 

Daha əvvəl bildirilib ki, Tailandda 3 gün qeyd olunan Sonqkrana bayramı (Yeni il) günlərində bütün ölkə üzrə baş verən müxtəlif yol qəzalarında azı 174 nəfər ölüb, 1728-i isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi