Tailandda bayram günləri 174 nəfər yol qəzalarında ölüb

Tailandda bayram günləri 174 nəfər yol qəzalarında ölüb Tailandda 3 gün qeyd olunan Sonqkrana bayramı (Yeni il) günlərində bütün ölkə üzrə baş verən müxtəlif yol qəzalarında azı 174 nəfər ölüb, 1728-i isə yaralanıb.
Digər ölkələr
14 Aprel , 2019 19:20
Tailandda bayram günləri 174 nəfər yol qəzalarında ölüb

Tailandda 3 gün qeyd olunan Sonqkrana bayramı (Yeni il) günlərində bütün ölkə üzrə baş verən müxtəlif yol qəzalarında azı 174 nəfər ölüb, 1728-i isə yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Bangkok Post" qəzeti yazıb.

Bildirilir ki, 72 saat ərzində 1665 yol qəzası baş verib. Ötən ilin analoji dövrü ilə müqayisədə qəzaların sayı 9,7%, ölənlərin sayı 17,1%, yaralıların sayı isə 9,4% azalıb.

Son xəbərlər

Orphus sistemi