Yuxarı
    Bağlamaq

    Tailand birdəfəlik turist vizaları üçün rüsumu ləğv edib

    Bu rejim dekabrın 1-dən fəaliyyətə başlayıb və 2017-ci il fevralın 28-dək davam edəcək

    Bakı. 2 dekabr. REPORT.AZ/ Tailanda birdəfəlik giriş üçün turist vizası müvəqqəti olaraq pulsuz olacaq.

    "Report" xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri üzrə departamentinin internet səhifəsində məlumat verilib.

    Bildirilib ki, bu rejim dekabrın 1-dən fəaliyyətə başlayıb və 2017-ci il fevralın 28-dək davam edəcək. Bundan əvvəl bir dəfə ölkəyə giriş üçün vizanın rüsumu 1000 bat və ya təqribən 28 dollar olub.

    Bundan əlavə, Tailand Krallığınaa gəldikdən sonra viza alan səyahətçilərdən tələb olunan rüsum 2000 batdan 1000 bata qədər endirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi