Tacikistanda terrorçuluqda təqsirli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək

Tacikistanda terrorçuluqda təqsirli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək Рazırda 519 tacik terrorçu "İslam Dövləti" qruplaşmasına qoşularaq aktiv hərbi əməliyyatlarda iştirak edir
Digər ölkələr
11 Avqust , 2015 05:22
Tacikistanda terrorçuluqda təqsirli bilinən şəxslər vətəndaşlıqdan məhrum ediləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Tacikistanda "Vətəndaşlıq haqqında" qanuna edilən son dəyişik terrorçuluqda təqsirli bilinən ölkə sakinlərinin vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutur.

"Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, parlamentin hər iki palatası tərəfindən təsdiq edilən dəyişiklik ötən axşam prezident Emomoli Raxmon tərəfindən də imzalanaraq qüvvəyə minib.

Tacikistan Daxili Işlər Nazirliyinin məlumatına əsasən, hazırda 519 vətəndaş terrorçu İŞİD qruplaşmasına qoşularaq aktiv hərbi əməliyyatlarda iştirak edir. Bildirilir ki, Suriya və İraqdakı döyüşlərdə azı 150 tacik öldürülüb.

Son xəbərlər

Orphus sistemi