Yuxarı
    Bağlamaq

    Tacikistan Əfqanıstandakı iki konsulluğunu bağlayıb

    Vəziyyət sabitləşəndən sonra konsulluqların fəaliyyəti bərpa ediləcək

    Bakı. 16 yanvar. REPORT.AZ/ Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ölkə Əfqanıstanın Kunduz və Fayzabad şəhərlərindəki konsulluqlarını bağlayıb.

    Əfqanıstanın şimal əyalətlərində vəziyyətin daha da gərginləşməsi buna səbəb kimi göstərilir. Bildirilir ki, ötən ilin sentyabrında “Taliban” hərəkatının üzvləri Tacikistanın Kunduzdakı konsulluğuna hücum edib və diplomatik idarə dağıdılıb. 2014-cü ildə isə Tacikistanın Əfqanıstanın Bədəxşan vilayətindəki konsulluğu da dağıdılıb, konsul Rüstəm Mahmudi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

    Məlumatda qeyd olunur ki, vəziyyət sabitləşəndən sonra konsulluqların fəaliyyəti bərpa ediləcək.

    Tacikistanın Kabildəki səfirliyi və Məzari-Şərifdəki konsulluğu isə fəaliyyətini davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi