Süveyş kanalında dayaz yerdə ilişib qalmış konteyner gəmisini çıxartmaq üçün başlanılan işlərlə bağlı hər iki istiqamətdə hərəkət bütövlükdə dayandırılıb.
“Report” xəbər verir ki, “Ever Given” konteyner gəmisinin ilişməsi dünyanın ən hərəkətli nəqliyyat keçidlərinin birini iflic edərək son illərin ən böyük nəqliyyat tıxacına səbəb olub. Bu barədə Misirin Süveyş Kanalı İdarəsi (SCA) açıqlama yayıb.
Açıqlamaya görə, çərşənbə axşamı səhər bərk külək və toz fərtınası üzündən idarəetmə qabiliyyətini itirən “Ever Given” gəmisi cənub kanalında ilişərək bütün məxrəci tutub. Dünən köhnə məxrəcdən şimaldan cənuba doğru 13 gəmi buraxılmışdı.
Bu gün səhərə olan vəziyyətə görə, kanaldan keçmək üçün gözləyən gəmilərin ümumi sayı 150-dən çoxdur. Yüz əlli ildən artıqdır fəaliyyət göstərən 193 km uzunluğunda kanalın dərinliyi 8 metrdən 24 metrə çatdırılıb. Kanalda hərəkətin dayanmasının dəniz nəqliyyatı üçün gündəlik maliyyə zərəri 9,6 milyard ABŞ dollarıdır.