Yuxarı

Suriyaya humanitar yardım göndərilməsi dayandırılıb

Qərar Hələb yaxınlığındakı humanitar yardım karvanının aviazərbələrə məruz qalmasından sonra qəbul edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriyaya humanitar yardım göndərilməsi dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə BMT-dən bildiriblər.

Qərar Hələb şəhəri yaxınlığında üsyançıların nəzarəti altında olan ərazilərə göndərilən humanitar yardım karvanının aviazərbələrə məruz qalmasından sonra qəbul edilib.

BMT nümayəndəsinin sözlərinə görə, artıq bununla bağlı Rusiya və ABŞ məlumatlandırılıb.

Təsdiqlənməmiş məlumatlara görə, avtomobil karvanına hava hücumu zamanı 12 nəfər, o cümlədən Beynəlxalq Qırmızı Xaç Təşkilatının suriyalı nümayəndəsi həlak olub. Eyni zamanda Hələbə gedən 31 yük maşınından 18-nə ziyan dəyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi