Suriyanın Latakiya əyaləti atəşə tutulub, 1 hərbçi ölüb, 10-u yaralanıb

Suriyanın Latakiya əyaləti atəşə tutulub, 1 hərbçi ölüb, 10-u yaralanıb Bakı. 9 oktyabr. REPORT.AZ/ Suriyanın Latakiya əyalətinin atəşə tutulması nəticəsində 1 hərbçi ölüb, daha 10-u yaralanıb.
Digər ölkələr
9 Oktyabr , 2018 03:26
Suriyanın Latakiya əyaləti atəşə tutulub, 1 hərbçi ölüb, 10-u yaralanıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Suriyanın Latakiya əyalətinin atəşə tutulması nəticəsində 1 hərbçi ölüb, daha 10-u yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko deyib.

"Gün ərzində Latakiya əyalətinin Kira-Kilis (üç dəfə), Darh-Əbu-Əsəd (üç dəfə), Cubb-əl-Mqara (iki dəfə), Safsafa (iki dəfə), Sandran, Roysvet-Ruşu, Mortlu, Baraşi, Beyt-Smayra, İkko yaşayış məntəqələri, Hələb şəhərinin Makanis əd-Duvayri rayonu atəşə tutulub. Nəticədə Latakiya əyalətində Suriya ordusunun 1 hərbçisi ölüb, daha 10-u yaralanıb", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi