Suriyada yaşayış yerinin bombalanması nəticəsində 20 nəfər ölüb, 24 nəfər yaralanıb

Suriyada yaşayış yerinin bombalanması nəticəsində 20 nəfər ölüb, 24 nəfər yaralanıb Leys əl-Faris: "Carcanaz qəsəbəsində mülki müdafiə qüvvələrinin əməkdaşları dağıntılar altından çoxlu sayda uşaq meyiti çıxarıblar"
Digər ölkələr
30 Sentyabr , 2016 13:21
Suriyada yaşayış yerinin bombalanması nəticəsində 20 nəfər ölüb, 24 nəfər yaralanıb

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Suriyanın İdlib şəhəri və ətrafını bombalaması nəticəsində 20 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bunu yerli mülki müdafiə təşkilatının məsul şəxsi Leys əl-Faris "Anadolu" agentliyinə bildirib.

Onun sözlərinə görə, qırıcıların Suriyanın şimal-qərbində yerləşən İdlibi və onun ətrafındakı rayonlara vakkum bombası atması nəticəsində dağıntılar və uçqunlar baş verib: "Bölgə sakinləri axtarış-xilasetmə işləri ilə məşğuldur. Carcanaz qəsəbəsində mülki müdafiə qüvvələrinin əməkdaşları dağıntılar altından çoxlu sayda uşaq meyiti çıxarıblar. Bombalanma nəticəsində beşmərtəbəli binaya böyük zərər dəyib".

Son xəbərlər

Orphus sistemi