Suriyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB

Suriyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.
Digər ölkələr
17 Dekabr , 2018 03:54
Suriyada törədilən partlayış nəticəsində 7 nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhərin mərkəzi xəstəxanasındakı mənbə bildirib.

"Minalanmış avtomobilin partladılması nəticəsində 7 nəfər həlak olub, azı 20 nəfər xəsarət alıb", - deyə mənbə bildirib.

Məlumata görə, partlayış bazarda törədilib.


***14:53

Bakı. 16 dekabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin Afrin şəhərinin mərkəzində minalanmış avtomobil partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al-Mayadeen" telekanalının "Twitter" səhifəsi məlumat yayıb.

Bildirilir ki, partlayış bazarda törədilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Daha əvvəl Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib.

Son xəbərlər

Orphus sistemi