Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib

Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib Bakı. 25 noyabr. REPORT.AZ/ Suriyada yaraqlıların xlorlu mərmilərlə Hələb şəhərini atəşə tutması nəticəsində azı 50 nəfər zərər çəkib.
Digər ölkələr
25 Noyabr , 2018 06:14
Hələb şəhərinə xlorlu mərmilərin atılması nəticəsində 50 nəfər zəhərlənib

Bakı. 25 noyabr. REPORT.AZ/ Suriyada yaraqlıların xlorlu mərmilərlə Hələb şəhərini atəşə tutması nəticəsində azı 50 nəfər zərər çəkib.

"Report" SANA-ya istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş dinc sakinlərdə boğulma müşahidə olunur.

Həkimlər simptomlara əsasən, atəşin həqiqətən xlordan istifadə edilərək açıldığı qərarına gəliblər. Tibb işçiləri zərərçəkmişlərə yardımları davam etdirirlər.

Bundan əvvəl Suriyanın Latakiya əyalətinin atəşə tutulması nəticəsində 18 hərbçi ölüb.

Son xəbərlər

Orphus sistemi