Yuxarı
    Bağlamaq

    Suriyada törədilən iki terror aktı nəticəsində 9 nəfər həlak olub, 16 nəfər yaralanıb

    Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib

    Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubundakı Seyid Zeynəb rayonunda iki terror aktı baş verib. 

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, terror aktları nəticəsində ən azı 9 nəfər həlak olub, 16 nəfər xəsarət alıb.

    Partlayışlardan birini terrorçu-kamikadze şəhərin girişində törədib, ikinci hadisə zamanı minalanmış avtomobil partladılıb. 

    Terror aktına görə, məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi