​Suriyada Rusiyanın bombardmanı nəticəsində 5 dinc sakin ölüb, 10 nəfər yaralanıb

​Suriyada Rusiyanın bombardmanı nəticəsində 5 dinc sakin ölüb, 10 nəfər yaralanıb İdlib əyalətinin Maarat əl-Numan qəsəbəsi bombalanıb
Digər ölkələr
27 Noyabr , 2015 15:34
​Suriyada Rusiyanın bombardmanı nəticəsində 5 dinc sakin ölüb, 10 nəfər yaralanıb

Bakı. 27 noyabr. REPORT.AZ/ Rusiyanın döyüş təyyarələrinin Türkiyənin Hatay əyalətinin Reyhanlı bölgəsi ilə həmsərhəd olan Suriyanın İdlib əyalətinin Maarat əl-Numan qəsəbəsini bombalaması nəticəsində 5 dinc sakin həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Rusiya qəsəbəyə iki raket atıb. Bombalanma nəticəsində yaşayış binası uçub. Sakinlər uçqunun altından 5 dinc sakinin meyitini, 10 yaralını çıxarıblar.

Son xəbərlər

Orphus sistemi