Yuxarı
    Bağlamaq

    Suriyada rusiyalı polkovnik həlak olub

    Zabit yaraqlıların Hələbdə yaşayış məhəllələrindən birini atəşə tutması zamanı qətlə yetirilib

    Bakı. 7 dekabr. REPORT.AZ/ Suriyada rusiyalı hərbi məsləhətçi, polkovnik Ruslan Qalitski həlak olub.

    Bu barədə "Report" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

    "Polkovnik Ruslan Qalitski aldığı ağır güllə yarasından xəstəxanada vəfat edib. Rusiyalı hərbi həkimlər bir neçə gün onu xilas etmək üçün çalışıb. Zabit yaraqlıların Hələbin qərb hissəsində yaşayış məhəllələrindən birini artilleriya atəşinə tutması zamanı güllə yarası alıb", - məlumatda deyilir.

    Qeyd edək ki, R.Qalitski Rusiya hərbi məsləhətçilər qrupunun tərkibində Suriyada tapşırıqlar yerinə yetirib. Ölümündən sonra ona yüksək dövlət mükafatı təqdim edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi