​Suriyada partlayış nəticəsində 10 sakin ölüb, 20-si yaralanıb

​Suriyada partlayış nəticəsində 10 sakin ölüb, 20-si yaralanıb Hadisə Seyidə Zeynəb məhəlləsində terrorçuların minalanmış avtomobili partlatması nəticəsində baş verib
Digər ölkələr
25 aprel 2016 09:05
​Suriyada partlayış nəticəsində 10 sakin ölüb, 20-si yaralanıb

Bakı. 25 aprel. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqdə Seyidə Zeynəb məhəlləsində törədilən terror aktı nəticəsində azı 10 dinc sakin ölüb, 20 nəfər yaralanıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Suriyanın Qızıl Ay Cəmiyyəti məlumat yayıb.

Məlumata görə, hadisə Seyidə Zeynəb məhəlləsində terrorçuların minalanmış avtomobili partlatması nəticəsində baş verib. 

Orphus sistemi