Suriyada parlament seçkiləri yekunlaşıb

Suriyada parlament seçkiləri yekunlaşıb Nəticələr 48 saat ərzində açıqlanacaq
Digər ölkələr
14 Aprel , 2016 00:45
Suriyada parlament seçkiləri yekunlaşıb

Bakı. 14 aprel. REPORT.AZ/Suriyada parlament seçkilərinin səsvermə mərhələsi qurtarıb. 

"Report"un məlumatına görə, 7 mindən çox seçki məntəqəsi üzrə səslərin sayılmasına start verilib.

Hazırda seçki komissiyalarının nümayəndələri bülletenlərin hesablamasına başlayıblar.

"Nəticələr 48 saat ərzində açıqlanacaq", - deyə seçki komissiyasından bildiriblər. Seçkilərdə 11 mindən çox namizəd qalib gəlmək uğrunda mübarizə aparıb. 

Qeyd edək ki, bəzi ölkələr seçkilərin nəticələrini tanımayacaqlarını bildiriblər 

Son xəbərlər

Orphus sistemi