Suriyada müvəqqəti hökumət martın 1-nə qədər yaradılacaq

Digər ölkələr
  • 10 dekabr, 2024
  • 12:58
Suriyada müvəqqəti hökumət martın 1-nə qədər yaradılacaq

Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin başçısı təyin edilib və hökumət onun rəhbərliyi altında üç ay ərzində formalaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Əl-Bəşir Əl-Hədəs telekanalının efirində bildirib.

"Baş komandanlığın qərarı ilə bizə müvəqqəti hökumət formalaşdırmaq səlahiyyəti verilib. İlkin olaraq bu, 2025-ci il martın 1-dək həyata keçiriləcək", - o qeyd edib.

Məhəmməd əl-Bəşirin sözlərinə görə, qərar bu gün silahlı müxalifət rəhbərliyinin nümayəndələri, müxalif xilas hökumətinin üzvləri və keçmiş hökumətin təmsilçilərinin görüşündə qəbul edilib.

44 filmi