Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürülüb

Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürülüb Bakı. 2 noyabr. REPORT.AZ/ Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.
Digər ölkələr
2 Noyabr , 2018 17:25
Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürülüb
0 : 00
0 : 00

Bakı. 2 noyabr. REPORT.AZ/ Suriyada hərbi münaqişələr nəticəsində 689 KİV nümayəndəsi ölüb.

“Report” xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Təşkilatının hesabatında vurğulanıb.

Bildirilib ki, Bəşşar Əsəd rejimi və tərəfdarları 543 jurnalisti, o cümlədən 5 xarici KİV nümayəndəsini öldürüb. Rusiya Hərbi-Kosmik Qüvvələrinin bombardmanları nəticəsində 19 jurnalist ölüb. ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində isə jurnalist həyatını itirib.

Terrorçu PKK/YPG-PYD qruplaşmasının silahlıları Suriyada 4 jurnalisti, İŞİD üçü xarici olmaqla 64, silahlı müxaifət 25, “Həyat təhrir əş-Şam” 5 KİV nümayəndəsini öldürüb. Suriyadakı silahlı münaqişə nəticəsində 28 jurnalisti öldürən qruplaşma məlum deyil.

Suriyada müharibə başlayandan 18-i xarici ölkə vətəndaşı olmaqla 418 jurnalist tutulub. Bəşşar Əsəd rejimi 346 KİV nümayəndəsini, o cümlədən 4 əcnəbini həbs edib. Terrorçu YPG/PYD qruplaşması 7, İŞİD 8-i əcnəbi olmaqla 48, silahlı müxalifət 5-i xarici ölkə vətəndaşı olmaqla 14, “Həyat Təhrir əş-Şam” biri xarici olmaqla 3 jurnalisti tutub.

Qeyd edək ki, Suriyada 2011-ci ilin martında dinc etiraz aksiyası iştirakçılarına Bəşşar Əsədin hərbçilərinin atəş açması ilə silahlı münaqişə başlayıb.

BMT-nin məlumatına görə, münaqişə nəticəsində 400 min nəfərdən çox insan ölüb, 10 milyondan çox insan öz evini tərk edib, 4,8 milyon suriyalı xarici ölkə ərazisinə sığınıb. 

Son xəbərlər

Orphus sistemi