​Suriyada hərbi kəşfiyyata aid bina partladılıb: 50 əsgər ölüb

​Suriyada hərbi kəşfiyyata aid bina partladılıb: 50 əsgər ölüb Binanın böyük bir hissəsinin çökdüyü də vurğulanıb
Digər ölkələr
5 Mart , 2015 13:46
​Suriyada hərbi kəşfiyyata aid bina partladılıb: 50 əsgər ölüb

Bakı. 5 mart. REPORT.AZ/ Suriyanın Hələb şəhərində Bəşşar Əsədə bağlı Hərbi Hava Qüvvələrinin kəşfiyyat şöbəsi binasının altındakı tuneldə baş verən partlayış nəticəsində 50 əsgər ölüb.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Cəmiyyət-uz Zəhra məhəlləsində baş verib.

Məlumata görə, 3 aydır binanın altında Nusra Cəbhəsi, Mühacir Ordusu, Şam Cəbhəsi Birinci Alayı və B.Əsədə müxalif olan başqa qüvvələr tunel qazırmış.

Partlayışdan sonra bölgədə şiddətli döyüşlərin getdiyi də bildirilib.

Xəbərdə binanın böyük bir hissəsinin çökdüyü də vurğulanıb.

Məlumata əsasən, oradan hərbi qərargah və əsirlər üçün "işgəncə mərkəzi" olaraq, istifadə edilir. 

Son xəbərlər

Orphus sistemi