Yuxarı
    Bağlamaq

    ​Suriyada Hələb şəhərini tərk etmək istəyən 3 dinc sakin edam edilib

    Onlar hökumətin nəzarətində olan əraziyə keçmək istəyiblər

    Bakı. 5 avqust. REPORT.AZ/ Suriyanın Hələb şəhərində hökumətin nəzarəti altında olan əraziyə keçmək istəyən 3 dinc sakin edam edilib.

    "Report" xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

    "Bu gün Karm-əl-Kəsr məhəlləsindən çıxaraq hökumətin nəzarəti altında olan ərazidəki qohumlarıgilə getmək istəyən 3 dinc sakin terrorçular tərəfindən tutularaq edam edilib", - deyə məlumatda bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi