Suriyada bombardman nəticəsində 30 mülki şəxs ölüb, 170-i yaralanıb

Digər ölkələr
  • 05 fevral, 2018
  • 15:40
Suriyada bombardman nəticəsində 30 mülki şəxs ölüb, 170-i yaralanıb

Bakı. 5 fevral. REPORT.AZ/ Suriyada Bəşşar Əsəd rejiminə bağlı döyüş təyyarələrinin Şərqi Gutanı bombalaması nəticəsində 30 mülki şəxs ölüb, 170-i yaralanıb.

“Report” “Anadolu"ya istinadən xəbər verir ki, bombardman nəticəsində Şərqi Gutanın Beyt Sava bələdiyyəsində 10, Hazzada 6, Zemalkada 4, Hamuriyədə isə bir mülki şəxs ölüb. 

Arbin rayonunda bombanın bazara düşməsi nəticəsində 9 dinc sakin həyatını itirib.

Müxalifətin nəzarəti altında olan Şərqi Gutada 400 min dinc sakin yaşayır. Astanada qəbul olunan razılığa əsasən, Rusiyanın himayədarlıq etdiyi Bəşşar Əsəd rejimi Şərqi Gutanı mühasirə vəziyyətində saxlayır. Bu bölgədə çoxlu sayda körpə və uşaq aclıq, dərman çatışmazlığı nəticəsində həyatını itirib.