Bakı. 21 iyul. REPORT.AZ/ Suriyada Bəşşar Əsədə bağlı qüvvələrin Hələbdə müxaliflərin nəzarəti altında Mağayir məhəlləsinə həyata keçirdiyi hücum nəticəsində 15 nəfər ölüb, onlarla insan yaralanıb.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, çox sayda evin uçduğunu qeyd edən rəsmi şəxslər dağıntılar altında hələ də ölü və yaralıların olduğunu qeyd edib.