Yuxarı

​Suriyada Bəşşar Əsədin 60 hərbçisi öldürülüb

Ölənlər arasında 11 hizbullahçı və bir iranlı komandirin olduğu da bildirilib

Bakı. 9 yanvar. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin şimalında yerləşən müxalif silahlılar Bəşşar Əsədə bağlı 60 əsgəri öldürüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Suriya Ali İnqilab Şurasından yayılan açıqlamaya əsasən, başqa müxalif silahlı qruplarla "Nusra" cəbhəsinin birlikdə gerçəkləşdirdiyi basqın nəticəsində strateji önəm daşıyan Nubul və Zəhra rayonlarının cənub və qərb hissəsinə nəzarət ələ keçirilib.

Məlumata əsasən, ölən 60 əsgər arasında 11 "hizbullah"çı və bir iranlı komandir də var. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi