Bakı. 6 fevral. REPORT.AZ/ Suriya məsələsi üzrə Rusiya, İran və Türkiyə birgə əməliyyat qrupunun növbəti iclası fevralın 15-16-na planlaşdırılır.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Astana danışıqlarında Rusiya nümayəndə heyətinə başçılıq etmiş Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Stanislav Hacıməhəmmədov məlumat verib.
"Növbəti görüşün fevralın 15-16-na planlaşdırılması ilə bağlı razılaşmışıq. Başqa sözlə, Şərqi Quta, Vadi Barada regionlarındakı vəziyyətin daha ətraflı müzakirə olunacağı Cenevrə konfransından əvvəl görüş olmalıdır" - S.Hacıməhəmmədov bildirib.
O əlavə edib ki, görüşün tarixi ilkin variantdır və yalnız Ankara və Tehranın təsdiqindən sonra dəqiqləşəcək.