Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib

Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib "Bərzədə barışığın üçüncü mərhələsi başa çatıb" - deyə qubernator Ələddin İbrahim bildirib
Digər ölkələr
20 May , 2017 20:13
Suriya paytaxtının Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib
News.ru

Bakı. 20 may. REPORT.AZ/ Suriya hakimiyyəti ilə silahlı qruplaşmalar arasında əldə edilmiş razılaşmaya əsasən paytaxtın Bərzə yaşayış məntəqəsini 1076 silahlı tərk edib.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə Hüms vilayətinin qubernatoru Ələddin İbrahimin mətbuat üçün bəyanatında bildirilir.

"Bərzədə barışığın üçüncü mərhələsi başa çatıb. Yaşayış məntəqəsini 2672 nəfər tərk edib. Onların 1076-ı silahlılardır" – deyə qubernator vurğulayıb.

Qeyd edək ki, ötən həftə düşmənçilik edən tərəflər arasında xalq barışığı proqramı çərçivəsində silahlıların Kabun yaşayış məntəqəsindən də çıxarılması başa çatıb.

Son xəbərlər

Orphus sistemi