Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri azad edib

Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri azad edib Suriyalılar Süfyan neft sahəsini və Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər
Digər ölkələr
17 İyun , 2017 21:22
Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri azad edib
Courtesy İmage

Bakı. 17 iyun. REPORT.AZ/ Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri terrorçulardan azad edib.

"Report" xəbər verir ki, bu barədə "Al-Masdar" məlumat yayıb.

Hökumət qoşunları terrorçuların "dayaq məntəqəsi" olan Əl-Rəqqa istiqamətində irəliləməkdə davam edirlər.

"Pələng" elit seçmə dəstələrinin rəhbərlik etdiyi suriyalılar Süfyan neft sahəsini, həmçinin Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər.

Hökumət qoşunları Hələbə döyüş sursatı daşımağın mümkün olduğu yeganə yolun təhlükəsizliyini təmin etmək üçün qərbə tərəf irəliləyirlər.

Son xəbərlər

Orphus sistemi