​Suriya böhranı ilə bağlı konfransa İran da dəvət edilib

​Suriya böhranı ilə bağlı konfransa İran da dəvət edilib ABŞ isə rəsmi Tehranın dəvətə hələ də cavab vermədiyini bildirib
Digər ölkələr
28 Oktyabr , 2015 12:57
​Suriya böhranı ilə bağlı konfransa İran da dəvət edilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Suriyadakı vəziyyətlə bağlı Vyanada keçiriləcək beynəlxalq konfransa İran da dəvət edilib.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, toplantı oktyabrın 29-da keçiriləcək. Konfransda ABŞ-ın dövlət katibi Con Kerri, Rusyanın xairici işlər naziri Sergey Lavrov, Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu, habelə ərəb və Avropa dövlətlərinin xarici işlər nazirliklərinin təmsilçilərinin iştirak edəcəyi gözlənilir.

Məlumata görə, İranı bu tədbirə Rusiya dəvət edib, ABŞ isə rəsmi Tehranın buna hələ də cavab vermədiyini bildirib.

İran rəsmiləri bildiriblər ki, təkliflərlə bağlı hələ qərar qəbul edilməyib: "Məsələ ilə bağlı məlumat vaxtında elan ediləcək".

Qeyd edək ki, oktyabrın 23-də Suriya böhranına dair dördtərəfli (ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və Rusiya) toplantı keçirilib.

Həmin görüşdə Türkiyənin xarici işlər naziri Ferudin Sinirlioğlu, ABŞ dövlət katibi Con Kerri, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyr və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edib. 

Oktyabrın 27-də isə Parisdə də Suriyadakı böhranla bağlı beynəlxalq toplantı keçirilib. Ancaq həmin yığıncağa Rusiya dəvət edilməmişdi. 

Son xəbərlər

Orphus sistemi