Suriya 10 illik fasilədən sonra Tunislə diplomatik əlaqələri bərpa edir
Digər ölkələr
- 18 aprel, 2023
- 19:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Suriya 10 illik fasilədən sonra Tunislə diplomatik əlaqələri bərpa edir və tezliklə Tunisdə səfirliyini açacaq.
"Report" "Tunis Afrique Presse" nəşrinə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər və mühacirlər naziri Feysəl Miqdad Tunis Prezidenti Qays Səidlə görüşdən sonra bildirib.
Miqdadın sözlərinə görə, Suriya-Tunis münasibətləri iki ölkə arasında əlaqələrin kəsildiyi 2012-ci ilə qədər yaxşı olub.
Suriyalı nazir və Tunis Prezidenti regionda baş verənləri müzakirə edib və ərəb xalqının maraqları naminə səyləri ikiqat artırmaq üçün ümumi iradəni təsdiqləyiblər.
Tunis Suriya ilə diplomatik əlaqələri təxminən 10 il əvvəl bu ölkədə silahlı qarşıdurmaların başlamasından qısa müddət sonra kəsib.
Son xəbərlər
08:11
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad istiqamətində buraxdığı raketi zərərsizləşdirib
Digər ölkələr
08:00
Bakıda FIFA U-15 dünya çempionatı və festivalına start verilir
Futbol
07:55
İran ABŞ-nin hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına icazə verilməyəcəyini bəyan edib
Region
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr