Sudanın sabiq prezidenti həbsxanaya yerləşdirilib

Sudanın sabiq prezidenti həbsxanaya yerləşdirilib Sudanın sabiq prezidenti Ömər əl Bəşir ötən axşam paytaxt Xartumun şimalındakı Kobər həbsxanasına yerləşdirilib.
Digər ölkələr
17 Aprel , 2019 14:38
Sudanın sabiq prezidenti həbsxanaya yerləşdirilib

Sudanın sabiq prezidenti Ömər əl Bəşir ötən axşam paytaxt Xartumun şimalındakı Kobər həbsxanasına yerləşdirilib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, sabiq dövlət başçısının ailə üzvlərinin verdiyi məlumata görə, aprelin 11-də hakimiyyətdən uzaqlaşdırılan Ömər əl Bəşir Prezident iqamətgahında mühafizə altında saxlanılırdı.

“Sudan Akhbar”ın daha əvvəl yazdığına əsasən, həmin həbsxanada Bəşir rejiminin daha bir çox yüksək vəzifəli nümayəndəsi saxlanılır.

Uqanda hökumətinin Ömər əl Bəşirə siyasi sığınacaq verməklə bağlı təklifləri araşdırmağa hazır olduğu barədə də məlumatlar var.

Son xəbərlər

Orphus sistemi