Sudanda iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb

Sudanda iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb Qəza zamanı 40 nəfərdən çox sərnişin xəsarət alıb
Digər ölkələr
10 Sentyabr , 2016 18:10
Sudanda iki avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Sudanda iki sərnişin avtobusun toqquşması nəticəsində 27 nəfər ölüb, 40 nəfərdən çox adam xəsarət alıb. 

"Report"un məlumatına görə, bu barədə "Аs-Sayha" qəzeti xəbər yayıb.

Məlumata görə, hadisə ölkənin qərbində, paytaxt Xartum şəhəri ilə Əl-Faşer şəhərləri arasındakı magistral yolda baş verib. Hadisəyə səbəb yüksək sürətlə hərəkət edən sərnişin avtobuslarından birinin digər nəqliyyat vasitəsinin yoluna çıxması olub. Nəticədə avtobuslar toqquşub.

Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 

Həkimlər ölənlərin sayının artacağını istisna etmirlər.  

Son xəbərlər

Orphus sistemi