​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb, 32 nəfər ölüb

​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb, 32 nəfər ölüb Qəza avtobusla avtosisternin toqquşması nəticəsində baş verib
Digər ölkələr
10 İyun , 2016 03:28
​Sudanda Həcc ziyarətinə gedən zəvvarlar qəzaya uğrayıb, 32 nəfər ölüb

Bakı. 10 iyun. REPORT.AZ/ Sudanın şərqində zəvvarları daşıyan avtobusun avtosisternlə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuata istinadən "Sinxua" məlumat yayıb.

İnsident Xartum və Port-Sudan şəhərləri arasındakı yolda baş verib. Şahidlərin sözlərinə görə, qəza görüntünün pis olması səbəbindən baş verib.

Avtobusun sərnişinləri Kiçik Həcc ziyarəti (Ümrə) üçün Səudiyyə Ərəbistanı istiqamətində gedirlərmiş.

Son xəbərlər

Orphus sistemi