Su altında qalmış Hyustonda soyğunçuluqla bağlı komendant saatı elan edilib

Su altında qalmış Hyustonda soyğunçuluqla bağlı komendant saatı elan edilib Şəhər rəhbərliyi oğurluq və silahlı qarət, eləcə də özlərini polis kimi göstərən şəxslərin olması halları barədə məlumat verib
Digər ölkələr
30 Avqust , 2017 09:55
Su altında qalmış Hyustonda soyğunçuluqla bağlı komendant saatı elan edilib

Bakı. 30 avqust. REPORT.AZ/ Tarixinin ən pis daşqını ilə üz-üzə qalan ABŞ-ın Hyuston şəhərində komendant saatı tətbiq edilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, komendant saatı qeyri-müəyyən müddətə yerli vaxtla gecə yarısından səhər saat 05:00-ə qədər tətbiq olunur.

Məhdudiyyətlər könüllülərə, təcili xidmət əməkdaşlarına və həmin vaxtda işə gedən və ya gələn şəxslərə şamil edilmir.

Hyuston şəhərinin meri Silvestr Törnerin sözlərinə görə, komendant saatı evakuasiya olunan ərazilərdəki evlərdən oğurluq edilməsinin qarşısını almaq məsqədi ilə tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl şəhər rəhbərliyi oğurluq və silahlı qarət, eləcə də özlərini polis kimi göstərən şəxslərin olması halları barədə məlumat verib.

Hyuston ABŞ-ın dördüncü böyük şəhəridir. "Harvi" qasırğasının səbəb olduğu leysan yağışları nəticəsində şəhərin böyük hissəsi su altında qalıb, 30 nəfər həlak olub, bir çox ev dağılıb.

ABŞ Prezidenti Donald Tramp dağıntıların miqyasını qiymətləndirmək üçün şəxsən Texas ştatına gedib.

Son xəbərlər

Orphus sistemi