Strasburqda silahlı insident baş verib, 7 nəfər yaralanıb

Strasburqda silahlı insident baş verib, 7 nəfər yaralanıb Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın Strasburq şəhərində silahlı insident baş verib.
Digər ölkələr
23 Avqust , 2018 10:46
Strasburqda silahlı insident baş verib, 7 nəfər yaralanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın Strasburq şəhərində silahlı insident baş verib. 

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə şəhərin Neuxof kvartalında qeydə alınıb. 

İnsident kvartalda yaşayan iki ailə arasında mübahisə zəminində baş verib. Nəticədə 7 nəfər yaralanıb. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı iki nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi