Strasburqda ətrafdakılara atəş açan şəxsin 2 qardaşı saxlanılıb

Strasburqda ətrafdakılara atəş açan şəxsin 2 qardaşı saxlanılıb Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərindəki bazarda atəş açan şəxsin iki qardaşı polis tərəfindən saxlanılıb.
Digər ölkələr
12 Dekabr , 2018 15:28
Strasburqda ətrafdakılara atəş açan şəxsin 2 qardaşı saxlanılıb
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Fransanın Strasburq şəhərindəki bazarda atəş açan şəxsin iki qardaşı polis tərəfindən saxlanılıb.

“Report” bu barədə “Le Figaro”ya istinadən xəbər verir.

Daha əvvəl həmin məsələ ilə bağlı beş nəfərin saxlanıldığı bildirilmişdi.

Xatırladaq ki, ötən gün Strasburq şəhərinin mərkəzində 29 yaşlı Şərif Şekat adlı şəxs ətrafdakılara atəş açıb, sonra da bir taksi maşınını ələ keçirərək uzaqlaşıb. Şəhərin meri Roland Rays hadisə nəticəsində 4 nəfərin öldüyünü12 nəfərin isə xəsarət aldığını bildirib.

Prokurorluqdakı mənbəyə görə, bu məsələnin istintaqı antiterror bölmə tərəfindən aparılır. Hadisəni törədən şəxsin qolundan yaralandığı, hazırda Almaniyada gizlənə biləcəyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi